Dünya

ABŞ-da koronavirusla mübarizə üçün 484 milyard dollarlıq əlavə büdcə ayrıldı

ABŞ Nümayəndələr Palatası yeni tip koronavirus pandemiyası ilə mübarizə çərçivəsində kiçik sahibkarlar və tibb mərkəzlərinə dəstək üçün, həmçinin daha çox testin aparılmasını təmin etmək məqsədilə təqdim edilən 484 milyard dollarlıq əlavə büdcə layihəsini qəbul edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ayrılan vəsaitin 310 milyardı sahibkarlar, 60 milyardı yeli banklara, 75 milyard dolları xəstəxanalar və 60 milyard dolları da təcili fövqəladə kreditlər üçün nəzərdə tutulub.

Bundan başqa virusa qarşı daha çox test aparılması və epidemiyanın nəzarətə alınması üçün əlavə 25 milyard dollar ayrılması istənilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button