İqtisadiyyat

190 manat 190 sual yaradıb, amma Sahil Babayev susur

Nazirlər Kabineti yanında Operativ Qərargah İqtisadiyyat Naziri Mikayıl Cabbarovla aprelin 25-də, Təhsil naziri Ceyhun Bayramovla aprelin 27-də jurnalsitlər üçün brifing təşkil edib. Hər iki nazır ayrılıqda jurnalistlərin suallarını cavablandırıb. Hazırda jurnalistlərin və xalqın cavablarını almaq istədikləri suallar daha çox Əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayevə ünvanlansa hələ ki, onu Operativ Qərargahın mətbuat zalında görmək heç kəsə qismət olmur. Amma ola bilər ki, bu günlərdə onu da jurnalistlərin qarşısına çıxartsınıar. Odur ki, xalqda yaranmış bəzi sualları burda qeyd edirəm, əgər brifinq olarsa orda iştirak edən jurnalistlərin də gərəyi ola bilər.

• Aprel ayında nə qədər işsiz qedyiyyata alınıb, nə qədər işaxtaran işsiz kimi qeydiyyata alınmaqdan imtina edilib. Hazırda ölkədə nə qədər işsiz var?
• Birdəfəlik yardım üçün müraciət edənlərin sayı nə qədərdir, onların neçə faizinə yardım verilib və neçə faizindən imtina olunub? Yardım alanların siyahısı ilə nə vaxt və hardan tanış olmaq olar?
• Sosial işə cəlb edilənlərin sayı nə qədərdir? Onların indiki pandemiya dövründə, karantin rejimində əsas məşğuliyyətləri nədir?
• Passiv VÖEN-ə görə imtina alanlar yenidən necə müraciət edə bilərlər? İmtina cavabı alanların apelyasiya şikayəti necə təmin olunur?
• İşsiz statusuna bağlı olan birdəfəlik yardım ödənişində nədən məhdudlaşdırıcı normalar şəxsə deyil, ailəyə münasibətdə tətbiq edilir? Aztəminatlı işsizlər nə deməkdir? Belə termin hansı qanunvericilikdə təsbit olunub?
• Hansı qanuni əsasla adına əmlak olan, kənd təsərrüfatı üçün yararlı torpağı olmayan işsiz şəxlərə birdəfəlik yardım ödənilmir? Bu hansı qanunla tənzimlənir?
• Aylıq 80 manat müavinət alan Qarabağ müharibəsi iştirakçıları, əlillərə baxmaq üçün 50 manat müvainət alan işsiz şəxslər, 130 manat qocalıq müavinət alan ahıl yaxlı adamlar, ayda 33 və ya 60 manat çörək pulu alan məcburi köçkünlər, ailə başçısını itirməyə görə 80 manat alan yetimlər, 1-ci, 2-ci və 3-cü qrup əlillər hansı sosial ədalət prinsipinə görə, birdəfəlik yardım almaqdan kənarlaşdırılıb?

Suallar çoxdur, amma burda saxlayıram.

Qubad İbadoğlu, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button