Dünya

Bu ölkədə baş nazir və 3 digər nazir koronavirusa yoluxdu

Afrikanın qərbində yerləşən Qvineya-Bisauda baş nazir Nuno Qomes Nabiam və 3 digər hökumət üzvü Kovid-19-a yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Baş nazir Nuno Qomes Nabiam, daxili işlər naziri Botşe Kande, ictimai nəzarət naziri Mario Fambe və regional inteqrasiya naziri Monika Boiroda aparılan müayinələrin nəticəsi müsbət çıxıb.

Xəstəliyi barədə sosial şəbəkə hesabında yazan baş nazir evdə olduğunu və özünü yaxşı hiss etdiyini deyib.

Digər tərəfdən Kovid-19-la mübarizə briqadaları kabinet üzvləri ilə təmasda olan digər şəxsləri karantin altına alıblar.

Bənzər yazılar

Back to top button