Sağlamlıq

Hansı virus hər il bir milyon insanı öldürür? – Həkim

“Davam edən bu epidemiyanın 35 milyon qurbanı var. Hər il 1.7 milyon insan yoluxur. Hazırda 37 milyon yoluxan var. Hər il təxminən 1 milyon insan bu virusdan həyatını itirir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış sovet və rus həkimi, teleaparıcı Aleksandr Myasnikov kədərli statistikaya istinad edərək, heyvanlardan insanlara ötürülən və bir neçə ay ərzində 65 milyon insana yoluxan virus haqqında öz Teleqram kanalında paylaşdığı statusda qeyd edib.

O vurğulayıb ki, söhbət “insanda immun çatışmazlığı virusundan (HİV) gedir”.

Həkim eyni zamanda yoluxucu xəstəliklər üzündən milyonlarla insanın həyatını itirdiyini və təəssüf ki, hələ milyonlarla insanın da bu səbəbdən öləcəyini deyib.

“Ancaq həyat davam edir və davam edəcək”, – doktor əlavə edib.

Bənzər yazılar

Back to top button