Dünya

Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib

Ermənistanda fövqəladə vəziyyət olmasına baxmayaraq, mayın 11-də erməni dəyərlərini qorumaq üçün “İradə” təşəbbüs qrupu parlament qarşısında etiraz aksiyası keçirib.

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, təşkilat üzvləri, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Konvensiyasının ratifikasiyasına etiraz ediblər.

Aksiya iştirakçıları deputatlara öz qəzəblərini bildirib və “Biabırçılıq” şüarları qışqırıblar. Həmçinin piket iştirakçıları hakimiyyətin bu hərəkətlərini keçmiş hakim Respublikaçı partiyanın siyasətinin davamı hesab edirlər.

Qeyd edək ki, konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi 79 lehinə, 12 əleyhinə səslə qəbul edilib. Bundan əvvəl “Çiçəklənən Ermənistan” partiyası bir sıra müddəaları milli dəyərlərə zidd hesab edərək Konvensiyanın ratifikasiyasına qarşı çıxıb.

Bənzər yazılar

Back to top button