İdman

Messinin zədəsi ilə bağlı SON DURUM

“Barselona” mövsümün bərpası ərəfəsində növbəti məşqini keçirib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Lionel Messi fərdi şəkildə məşq edib. Argentinalı futbolçunun kvadritseps əzələsində zədə aşkarlanıb. Yaxın günlərdə onun komanda ilə məşqlərə qoşulacağı bildirilib.

Leonun zədəsi ciddi deyil. Messinin 13 iyunda “Malyorka” ilə oynanılacaq matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, kapitanla yanaşı, Anssumane Fati də fərdi çalışmalarda iştirak edib.

Bənzər yazılar

Back to top button