Dünya

Qanuni oğru Vasya Bandit saxlanıldı: 15 il həbs…

Kriminal avtopritet Vaysa Bandit Rusiyada saxlanılıb.

Qaynarinfo xəbər verir ki, o, 27 il Moskva vilayətinin üç rayonunin kriminalitetinə rəhbərlik edib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Olqa Vradiyin dediyinə görə, “cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda” şübhəli bilinən 56 yaşlı yerli sakin saxlanılıb.

Cinayət işi çərçivəsində avtoritetin yaşayış yerlərində üç dəfə axtarış aparılıb. Yaxın gələcəkdə tutulan şəxsə ittiham elan ediləcək və barəsində həbs qətimkan tədbiri seçiləcək.

İstintaq müəyyən edib ki, 1993-cü ildən bu şəxs cinayət iyerarxiyasında ən yüksək pillədə olub – qanuni oğru kimi tanınıb. Vasya Bandit onun kriminal ləqəbidir.

İyunun 9-da müstəntiqlər Moskva vilayətindən kriminal avtoritetə qarşı cinayət iyerarxiyasında yüksək mövqe tutmasıyla bağlı cinayət işi açıblar. Onu Cinayət Məcəlləsinin 210.1 maddəsi ilə 15 ilədək həbs cəzası gözləyir.

Vasya Bandit Moskva vilayətinin Sergiev Posad, Çexov və Podolski rayonlarında yaşayıb. 27 il ərzində mütəşəkkil dəstələrin hərəkətlərini əlaqələndirib, həmçinin “cinayət iyerarxiyasında ən yüksək mövqe tutan” digər insanlar arasında əlaqələr yaradıb və münasibət saxlayıb.

Bənzər yazılar

Back to top button