Dünya

Zelenskinin xanımı koronavirus səbəbindən xəstəxanaya yerləşdirildi

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Oleyna Zelenska xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə prezident sarayından məlumat verilib. Cümə günü koronavirusa yoluxduğunu açıqlayan birinci xanımın müalicə məqsədilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, Oleyna Zalenska verdiyi açıqlamasında həyat yoldaşı və uşaqlarının testlərinin nəticəsinin neqativ çıxdığını və özünü onlardan izolyasiya etdiyini bildirmişdi.

Bənzər yazılar

Back to top button