Sağlamlıq

Koronavirus qrip kimi mövsümi xəstəlik olaraq qala bilər

İnsanlara uyğunlaşmağı bacarmış COVID-19 mövsümi xəstəliyə çevrilə bilər.

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bu haqda “Rospotrebnadzor”un açıqlamasında deyilib.

Qurum dünya miqyasında koronavirusdan ölümlərin 7,2 faizdən 3,2%-yə düşdüyünü qeyd edib ki, bu da müalicədə irəliləməni deyil, virulent xüsusiyyətlərinin zəifləməsini də göstərə bilər.

Mütəxəssislər virusun insanlara uyğunlaşmağa davam edəcəyinə və bunun kəskin respirator virus infeksiyalarının (KRX) mövsümi patogenlərinin quruluşuna keçməsinə səbəb ola biləcəyinə inanırlar.

Xatırladaq ki, dünyada 30 milyondan çox koronavirus infeksiyası qeydə alınıb, onlardan 900 mindən çoxu xəstəlikdən vəfat edib.

Bənzər yazılar

Back to top button