Dünya

Alimlər qara dəliyin 14 milyard il əvvəl qalaktikaları necə udduğunu gördü

Elm adamlarının dediklərinə görə, 14 milyard yaşı olan Kainatın yaranmasının başlanğıcında, nəhəng qara dəliklərdən biri eyni anda altı qalaktikanı udub.

Qaynarinfo xəbər verir ki, Avropa Cənub Rəsədxanasının bildirdiyinə görə, Böyük Partlayışdan 900 milyon il sonra baş verən hadisə VLT Çox Böyük Teleskopdan istifadə edərək qeydə alınıb.

Astrofiziklər ilk dəfə kainatın həyatının elə erkən dövründə belə sıx qalaktika şəbəkəsini görüblər. Bu cisimlərin qalaktikamızdan uzaq olması onları ilk milyard ildə olduğu kimi görməyə imkan verir.

Bənzər yazılar

Back to top button