Dünya

ABŞ və Ukrayna 10 illik təhlükəsizlik sazişi imzaladı

ABŞ Prezidenti Co Bayden İtaliyada keçirilən sammit çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi baxır”, – agentlik sənədin mətnindən sitat gətirir.

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir”, – sazişdə deyilib.

Qeyd edilir ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

Bənzər yazılar

Back to top button