İdman

“İnter Mayami”yə şok: Messi ilə Alba sıradan çıxdı

“İnter Mayami” MLS-də növbəti oyununu keçirib.

Fanat.az xəbər verir ki, “Toronto” ilə görüş meydan sahibləri üçün ikili hisslərlə yadda qalıb.

Belə ki, Mayami klubunun iki ulduz futbolçusu Lionel Messi və Jordi Alba arxa-arxaya zədə alıblar. Alba 35-ci dəqiqədə, Messi isə 37-də xəsarət alaraq əvəzləniblər.

Amma “İnter Mayami” “Toronto” üzərində üstünlüyünü əldən verməyib və ilk hissədə ilk qolu vurmağı bacarıb. Fasilədən sonra rəqibini daha üç dəfə meydanın mərkəzinə dəvət edən meydan sahibləri darmadağına imza atıblar – 4:0.

Bənzər yazılar

Back to top button