Hadisə

Həbs edilən icra başçısının maral ferması üzə çıxdı – VİDEO

DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı məlum olub.

AzToday.az real tv-yə istinadən xəbər verir ki, A.Məmmədov başçı təyin edildikdən bir qədər sonra bu təsərrüfatı yaradıb. Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.

Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.

Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.

https://www.facebook.com/realtvxeber/videos/544515550255130

Bənzər yazılar

Back to top button