Dünya

Nyu Yorkda BMT diplomatının ölüsü tapıldı

BMT-nin diplomatı Manhettendəki mənzilində ölü tapılıb.

Bu barədə “New York Post” qəzeti yazıb.

Məlumata görə, bu, 38 yaşlı qadındır. Onun hansı dövlətin daimi missiyasında çalışdığı açıqlanmır. Vətəndaşlığı barədə də məlumat verilmir. Qəzet diplomatın mənzildə azı iki il yaşadığını qeyd edir.

Polis bunun bir qətl olduğuna düşünmür. Ölümün səbəbini öyrənmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

BMT-nin mətbuat xidməti bu barədə hələlik bir açıqlama verməyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button