İdman

Mourinyu “Roma”dan qovulacaq – Klub prezidenti vaxt verib

“Roma”nın sahibi və prezidenti Dan Fridkin A Seriyasının “Kalyari” ilə səfər matçında pis nəticə göstərəcəyi təqdirdə Joze Mourinyonu istefaya göndərməyi düşünür.

Fanat.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbə bildirib ki, klubun amerikalı sahibi hələ sentyabrın 28-də “Cenoa” tərəfindən darmadağın edildikdən (1:4) sonra portuqaliyalı mütəxəssisi postundan uzaqlaşdırmağa hazır olsa da, sonradan portuqaliyalı idman direktoru Tiaqu Pintu prezidenti fikrindən daşındırıb.

Son iki həftə ərzində “Roma” öz meydanında iki inamlı qələbə qazanıb: çempionatda “Frozinone” (2:0), Avropa Liqasında isə “Servette” üzərində (4:0). Lakin işdən çıxarılma baxımından “Damokl qılıncı” 60 yaşlı Jozenin başı üzərində asılmaqda davam edir.

Bənzər yazılar

Back to top button