GündəmSiyasət

Orduya Qarabağdakı erməni birləşmələrinə nəzarəti gücləndirmək tapşırılıb

Dekabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin kollegiya iclasında Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə vəziyyət müzakirə edilib.

Müvafiq göstərişlər, o cümlədən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətinə daimi müşahidə və nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İclasda Azərbaycan-Türkiyə birgə təlimlərinin nəticələri də təhlil edilib. Bu həftə Bakı, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarında keçirilən “Qardaş yumruğu” təliminin xüsusi əhəmiyyəti qeyd edilib, təlimlər zamanı bütün tapşırıqların uğurla yerinə yetirildiyi bildirilib.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan-Türkiyə birgə təlimləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir.

Bənzər yazılar

Back to top button