Siyasət

Moskva Bəyannaməsi erməniləri qorxuya saldı: “Bu, bizim üçün ölümcül təhlükədir”

Rusiya və Azərbaycan Prezidentləri arasında imzalanan əməkdaşlıq haqqında Bəyannamə Ermənistanda ciddi narazılığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, ermənilər Azərbaycanın Rusiya və Türkiyə ilə Ermənistana qarşı müttəqfiqlik yaratdığını iddiaedir.

Ermənistan “Milli-Demokratik Qütb” Şurasının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, Rusiya-Türkiyə-Azərbaycan ittifaqı onlar üçün ölümcül təhlükədir:

“Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya və Azərbaycan öz ərazilərində qarşı dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yaranacaq təhlükələrə dəstək verməyə borcludurlar.

Daha sadə desək, bu müddəaya əsasən, Rusiya Qarabağın və ya Naxçıvanın Azərbaycanın bir hissəsi olmasına qarşı çıxan bütün təşkilat və ölkələrlə mübarizədə Azərbaycanın yanında olmasını barədə öhdəlik götürür. Məsələn, kimsə Qarabağın Ermənistana məxsus olduğunu desə və belə bir şuarlı pankartla küçələrə çıxsa, məsuliyyət daşıyacaq.

Rusiya və Azərbaycan faktiki olaraq 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin 8-ci maddəsinə və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin 10-cu maddəsinə əsasən, Rusiya və Türkiyənin öhdəliklərini yeniləyərək yenidən Ermənistana qarşı ittifaq yaratdı. Gündən-günə güclənən Rusiya-Türkiyə-Azərbaycan ittifaqı ermənilər və Ermənistan üçün ölümcül təhlükədir.

Nə qədər ki, milli fəlakətin qarşısını almağa vaxtımız, imkanımız var, ayağa qalxmalı, birləşməli, düşmən ittifaqına xidmət edən rejimi aradan götürməli, milli hökumət qurmalıyıq”.

Bənzər yazılar

Back to top button