CəmiyyətGündəmManşet

Prezident İlham Əliyev Cəbrayıl və Qubadlıya səfər edib

Oktyabrın 19-da prezident İlham Əliyev 2020-ci ildə 44 günlük müharibə zamanı erməni işğalından azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına səfər edib.

Səfər zamanı o, Şükürbəyli-Cəbrayıl yolunun 14 kilometrlik hissəsinin açılışında iştirak edib.

Cəbrayıl rayonunda Əliyev “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin layihəsilə tanış olub.

Sonra nadir heyvanların reintroduksiyası layihəsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak edib.

Bundan əlavə, dövlət başçısı Elektrik Şəbəkəsini Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub və 330/110 kV gücündə “Cəbrayıl” beynəlxalq paylayıcı yarımstansiyanın tikintisilə tanış olub.

Həmçinin Əliyev Qubadlı rayonunda “Bergüşadçay” və “Zabuxçay” su anbarlarının layihələrilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsini Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Qubadlı şəhərinin baş planı prezidentə təqdim olunub.

Əliyev Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində də iştirak edib.

Xatırladaq ki, oktyabrın 20-də Zəngilan rayonunda prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə beynəlxalq aeroportun açılışı olacaq.

Bənzər yazılar

Back to top button