GündəmManşetSiyasət

Türkiyə Silahlı Qüvvələri komandanlığı tam heyətlə Azərbaycandadır

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 döyüş təyyarələri İran sərhədləri yaxınlığında Türkiyə-Azərbaycan birgə təlimlərində iştirak edir. Bu kadrları Türkiyə Müdafiə Nazirliyi yayıb.

Türkiyə Silahlı Qüvvələrinin bütün komandanlığı təlimləri müşahidə etmək üçün Azərbaycana gəlib. Belə ki, müdafiə naziri Hulusi Akarla yanaşı Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı Ercüment Tatlıoğlu və digər hərbçilər gəlib.

Türkiyə nümayəndə heyətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi arasında keçirilən danışıqlarda aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Davam edən “Qardaş yumruğu” birgə təlimlərində Azərbaycan və Türkiyə hərbçiləri gecə vaxtlarında və məhdud görmə şəraitində müxtəlif tapşırıqları yerinə yetiriblər. Bu mərhələdə şərti düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri komandanlığı təlimlərin gedişini izləmək üçün təlim bölgəsinə gedib. Xatırladaq ki, təlimlər İranla həmsərhəd Astara, İmişli və Cəbrayıl rayonlarında keçirilir.(Turan)

Bənzər yazılar

Back to top button