Siyasət

Aİ həbs edilmiş fəalların taleyinə biganə qalmayacaq – Mixalko

Vətəndaş cəmiyyəti institutları hər bir ölkədə hökumət qurumlarının vacib tərəfdaşıdır, ona görə də vətəndaş cəmiyyətinə dəstək vacibdir, vətəndaş cəmiyyəti üçün adekvat şərait təmin olunmalıdır. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri, səfir Peter Mixalko bildirib.

O qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün məkan daralmamalıdır və bu sahədə mövcud qanunvericilik daha da təkmilləşdirilməlidir. Bu təşkilatların qrantlara çıxışı təmin olunmalıdır

“Biz bütün tərəflərlə təmasımızda da vətəndaş cəmiyyəti ilə bağlı vəziyyəti vurğulayırıq. Bu, nəninki qrantlarla bağlıdır, həmçinin vətəndaş cəmiyyəti institutlarının qeydiyyata alınması ilə, fəaliyyəti üçün adekvat mühitlə bağlıdır”, deyə diplomat vurğulayıb.

O, həmçinin qeyd edib ki, Aİ hüquq müdafiəçilərinin və fəalların həbslərinə reaksiya verəcək. “Bu halları görmək bizi də usandırır. Bu il belə mənfi hallar olub, ilin sonuna yaxın belə hal baş verib. Lakin, eyni zamanda, müsbət halları da qeydə alırıq. Məsələn, “Tərtər işi” ilə bağlı müəyyən müsbət dəyişiklikləri görürük”, deyə Mixalko bildirib.

Aİ bu iş üzrə günahsız yerə həbsə və işgəncəyə məruz qalanlara bəraət verilməsini istəyir, deyə Mixalko qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button