İdman

Məşhur idmançı 6 milyon yatırım qoydu, 200 milyon dollar qazandı

ABŞ Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Kobe Bryantın 6 milyon dollarlıq yatırım qoyduğu şirkətin dəyəri 200 milyon dollara yüksəlib.

Qaynarinfo xəbər verir ki, məşhur basketbolçu 2014-cü ildə idman içkiləri istehsal edən “BodyArmor” şirkətinə 6 milyon dollarlıq yatırım edib. 4 il ərzində şirkət dəyərini yüksəldərək 200 milyon dollara çatıb.

“BodyArmor”un dəyəri “Coca-Cola”nın bu şirkətin səhmlərinin kiçik hissəsini almasından sonra yüksəlməyə başlayıb.

Qeyd edək ki, Kobe Bryant 20 illik basketbol karyerası ərzində ümumilikdə 680 milyon dollar qazanıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button