Cəmiyyət

Neftçala rayonunun Şirvanlı kəndinin sakinləri soyuqdan əziyyət çəkirlər

Neftçala rayonunun Şirvanlı kəndinin sakinləri Turan-a məktubla müraciət edərək kömək istəyiblər.

“Kəndimiz bizim rayonun Bankə qəsəbəsindən 8 kilometr aralıda yerləşir. Qəsəbə tamamən qazlaşdırılıb. Amma Şirvanlı kəndi istiqamətində “Azəriqaz” İstehsalat Birliyinin qaz xətlərinin çəkilişi davam etdirilməyib. İllərdir təbii qaz olmadan yaşayırıq”, – 9 vətəndaşın kənd sakinləri adından imzaladığı məktubda deyilir.

Kənd sakinləri dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də, dövlət şirkəti Şirvanlı kəndinin qazlaşdırılması ilə bağlı işlər görmür. Adamlar əsasən qış və payız aylarında soyuqdan əziyyət çəkirlər. Onlar odun almağa məcburdurlar ki, bu da ətraf təbii mühitə ziyan vurur”, -şirvanlılar bildiriblər.

Onlar Turan-dan SOCAR və onun bölməsi olan “Azəriqaz”a müraciət etməyi xahiş edirlər, çünki özləri bu qurumlarla əlaqə saxlaya bilmirlər. Şirvanlı kəndinin sakinləri yaşayış məntəqəsinin tezliklə qazlaşdırılmasını tələb edirlər.

Məktuba doqquz sakinin adı və telefon nömrələrinin yer aldığı siyahı əlavə olunub.

“Azəriqaz” İstehsalat Birliyi qanunu pozaraq vətəndaşların müraciətini bu quruma göndərən Turan-ın sorğusuna iki gün ərzində cavab verməyib.

Neftçala Rayon İcra Hakimiyyətinin saytında bildirilir ki, rayonun bir neçə kəndinə təbii qaz verilmir. Bu yaşayış məntəqələrinin problemi “2019-2023-cü illərdə regionların inkişafına dair Dövlət Proqramı” çərçivəsində həllini tapacaq, həmin yaşayış məntəqələrinin qazlaşdırılması üzrə layihə işləri tamamlanıb.

Neftçala rayon sakinləri:

1 Babayev Teymur Çingizxan oğlu Şirvanlı kəndi 050 824 78 09

2 Səlimov Rafiq Məmmədəli oğlu Şirvanlı kəndi 051 518 37 54

3 Səlimov Tahir Məmmədəli oğlu Şirvanlı kəndi 051 954 85 85

4 Zeynalov Abdul Yusubala oğlu Şirvanlı kəndi 077 740 30 75

5 Əhmədov Əlikömək Əlqımə oğlu Şirvanlı kəndi 051 880 80 63

6 Əhmədov Allaverdi İsrafil oğlu Şirvanlı kəndi 0 51 546 85 46

7 Babayev RustamFərəc oğlu Şirvanlı kəndi 67 – 2 – 60

8 Babyev Bəxtiyar Teymur oğlu Şirvanlı kəndi 050 578 68 95

9 İbrahimov Məmməd Hacağa oğlu Şirvanlı kəndi 051 690 50

Bənzər yazılar

Back to top button