İdman

“Qarabağ”dan daha bir “transfer bombası” – Sabiq “Fənərbaxça”lı Bakıya gəldi

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

Aut.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə imzalamağa çox yaxındır. Ağdam klubu əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib.

Yarımmüdafiəçi tibbi baxışdan keçmək üçün artıq Bakıya gəlib.

Yassin Benzia Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Bənzər yazılar

Back to top button