İdman

Azərbaycan millisinin üzvü göz yaşı tökdü: “Onlardan belə münasibət…”

Bir çox ölkədə olduğu kimi Niderlanda da Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aut.az xəbər verir ki, diqqətləri cəlb edən hadisə sözügedən ölkənin birinci divizionunun “Villem II” – “Eyndhoven” matçında yaşanıb. Oyun başlamazdan əvvəl bir dəqiqəlik sukut elan edilib. Bu zaman təsirli an yaşanıb.

Stadionda sükutun hökmü sürdüyü bir vaxtda “Eyndhoven” və Azərbaycan millisinin türkəsilli üzvü Ozancan Kökçü göz yaşlarını saxlaya bilməyib. Kökçü matçdan sonra “AD.n” portalına həmin epizodu şərh edib. O, niderlandlılardan belə reaksiya gözləmədiyini deyib:

“Ürəkağrıdıcı anlardır. Dünyanın harasında baş verirsə-versin, eyni dərəcədə pis olardım. İndi belə hadisənin Türkiyədə baş verməsi, məni daha çox üzdü. Türkiyə mənim də vətənimdir. Hansı hisləri və ağrıları keçirdiyimi sözlə ifadə etməyim çətindir. Adətən hislərimi içimdə saxlayıram, emosiyalarımı çox ifadə etmirəm. Amma bu cür izdihamlı stadion sükuta qərq oldu, insanların hörmətlərini bu cür göstərməsi təsirli idi. Bu cür reaksiya verəcəyimi heç gözləmirdim, amma insanların belə şəkildə münasibət göstərməsi çox gözəldir. Bu, niderlandlıların hörmətini göstərir”.

Bənzər yazılar

Back to top button