İdman

“Berlin komandası ən yaxşı günlərini yaşamır” – Qarsiya qələbəyə köklənib

“Napoli”nin baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Union”a qarşı keçirəcəkləri matç ərəfəsində açıqlama verib.

Fanat.az xəbər verir ki, fransalı mütəxəssis fikirlərini Neapol təmsilçisinin rəsmi saytına bölüşüb:

“Bilirik ki, Berlin komandası son vaxtlar ən yaxşı günlərini yaşamır. Amma ötən mövsüm onlar əla çıxış sərgiləyərək ÇL-də oynamaq hüququ qazanıblar. Hə, indi çətin dönəmdədirlər, ancaq onların necə yaxşı komanda olduqlarından xəbərdarıq. Rəqibin heyətində beynəlxalq səviyyədə tanınmış oyunçular var. Matça hazırıq. “Real Madrid”lə oyunda itirdiyimiz xalların yerini doldurmalıyıq və bunu etməyə çalışacağıq”.

Qeyd edək ki, 3 xalı olan “Napoli” C qrupunun 2-ci pilləsində mövqe tutub. “Real Madrid” qrup lideridirsə, Neapol təmsilçisi ilə eyni xala malik “Braqa” 3-cü, xalı olmayan “Union” 4-cü yerdə qərarlaşıb.

Bənzər yazılar

Back to top button