İdman

Emin Mahmudovun “Neftçi”yə “hə” deməməsinin şok səbəbi

“Neftçi”nin idman direktoru Zaur Əzizov klubun televiziya kanalına açıqlamasında bir sıra maraqlı açıqlamalar verib.

O, Emin Mahmudovla danışıq apardıqlarını deyib:

“Emin “Neftçi” üçün çox dəyərli futbolçudur, onunla müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparırıq. Hazırda ciddi fikir ayrılığı yoxdur.

Heç kim düşünməsin ki, Emin özünə başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracağına qərar vermək istəyir. O, heç bir klubla danışıq aparmır. Özü də “Neftçi”də qalmaq istəyir”.

Paytaxt təmsilçisi 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçini düşərgədə saxlamaqdan ötrü lazım olan bütün cəhdləri edir.

Üçillik yeni müqavilə öhdəlikləri ilə kapitanı tanış eləyiblər. Emin müqavilə bağlasa, komandanın ən ödənişli futbolçularından biri, bəlkə də birincisi olacaq.

Bəs əsas problem nədir? Zaur Əzizov buna işarə edib: İş ondadır ki, orta sahə oyunçusunun ailəsi Rusiyaya qayıtmaq istəyir.

Bu ölkədə yaşayan valideynləri də onları tezliklə geri dönməyə səsləyir. Ailənin təkrar Moskvaya köçmək ehtimalı kifayət qədər ciddidir. Emin, hələlik son qərarını verməyib, yaxınları ilə məsləhətləşmələri davam etdirir.(aut.az)

Bənzər yazılar

Back to top button