DünyaSiyasət

“Fransanı fikir və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırırıq” – Azərbaycan XİN

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavablandırıb.

Bu barədə XİN məlumat yayıb.

A.Hacızadə bildirib ki, Fransada Prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik:

“Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq. Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”.

Bənzər yazılar

Back to top button