Siyasət

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Alim Bayeli Azərbaycanda yeni səfir təyin edib. Prezident bu barədə aprelin 18-də fərman imzalayıb.

Dövlət başçısının digər fərmanı ilə Serjan Abdıkarimov diplomatik missiyasının başa çatması ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib. O, bu vəzifədə 2019-cu il sentyabrın 30-dan fəaliyyət göstərirdi.

Alim Bayel 1984-cü ildə anadan olub. Türkiyənin Yaxın Şərq Texniki Universitetində “Biznes inzibatçılığı”, ABŞ-ın Corc Vaşinqton Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

2020-ci il martın 1-dən Qazaxıstanın İstanbulda Baş konsulu vəzifəsində fəaliyyət göstərib.

Bənzər yazılar

Back to top button