Cəmiyyət

Prezident Bayden və dövlət katibi Blinken müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik ediblər

Cümə axşamı prezident Bayden bildirib ki, o və birinci xanım Cill Bayden ABŞ-da və bütün dünyada Ramazan bayramını qeyd edən müsəlman icmalarına ən xoş arzularını çatdırır.

“Hilalın görünməsilə İd-əl Fitr bayramı başlayır, müsəlmanlar Ramazan ayından sonra ziyafət verir, evlərini bəzəyir, yaxınlarına hədiyyələr verir, yeni paltar geyinir, ailələrini və dostlarını ziyarət edirlər. Mən ailələrin göstərdiyi səxavətdən təsirləndim. Onlar zəkat əl-fitr vasitəsilə ehtiyacı olanlara ərzaq və sədəqə ilə təmin edə bilir”, – Baydenin bəyanatında deyilir.

“İd-əl Fitr təqva, etiqad və düşüncəyə həsr olunmuş müqəddəs ayın bitməsini ehtiva edən, bütün dünyada münaqişə, yoxsulluq, aclıq və xəstəlik keçirən müsəlman icmalarını və öz evlərini tərk etmək məcburiyyətində qalan insanları bizim də yada saldığımız vaxtdır. Bu bayramda xeyir-dualarımızı qeyd edərək, gəlin, yenə də özümüzü sülh quruculuğu və bütün insanların hüquq və ləyaqətinin qorunması üzrə əbədi işə həsr edək”.

Öz növbəsində, dövlət katibi Entoni Blinken ayrıca bəyanatda xatırladıb ki, bu sevincli gündə icmalar Ramazan ayının, orucluq ayının, düşüncə, ibadət və mərhəmət ayının bitməsində tapa biləcəkləri dərin mənəvi, ictimai və humanitar faydaları qeyd edirlər.

“Bu günü qeyd edərkən, gəlin, münaqişələr, zorakılıq, təqib və ya humanitar böhranlar səbəbindən evlərinin təhlükəsizliyi və rahatlığı şəraitində bunu edə bilməyənləri unutmayaq. Amerika Birləşmiş Ştatları hamı üçün sülh, ədalət və dini etiqad azadlığını təşviq etmək öhdəliyinə sarsılmaz olaraq sadiq qalır. Sizə mübarək və şən İd əl-Fitr bayramı arzulayırıq”,- Blinken qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button