Siyasət

Osman Kazımov: “Ata övlada, övlad ataya görə cavabdeh deyil”

“İlkin Qəmbərin mövqeyi xalqımıza, şəhidlərimizin ruhuna hörmətsizlikdir”

“İlkin Qəmbər düşüncələrimə görə ciddi səhvə, qəbahətə yol verib. Onun bu mövqeyi xalqımıza, şəhidlərimizin ruhuna, Xocalıda soyqırıma məruz qalmış insanların ruhuna hörmətsizlikdir. İlkin o düşüncəsini paylaşanda təkcə nəticələrini deyil, həm də ədalətə hörmətsizlik etdiyini düşünməli idi”.

Bunu “pravda.az”a Müsavat Partiyasının başqanının müavini Osman Kazımov bildirib.

“Şiddətlə qınayıram. Tarix boyu heç bir erməni soyqrımı olmayıb. Bu türk düşmənlərinin türkə qarşı oynadığı çirkin siyasətdir. Fəqət İlkin Qəmbərin bu düşüncələrinə bərabər və bəlkə də daha pisi bundan istifadə edib Azərbaycanın müstəqilliyinin memarlarından biri olan, ləyaqət simvolu İsa Qəmbərə hücum etməkdir. Ata övlada, övlad ataya görə cavabdeh deyil. Bu, faşist təfəkkürüdür. Bu gün İsa bəyə qarşı övladına görə olan basqılar hələ də cəmiyyətimizdə nadanlıq xəstəliyinin, nadanların xeyli çəkiyə malik olduğunu nümayiş etdirir. Cəmiyyət olaraq belə hallara qarşı mübarizə aparmalıyıq. Yoxsa hər ana, hər ata hər övlad qapısında, həyatında bu cür çirkablıqlarla və çirkablarla üz-üzə qalacaq. İsa bəyə isə “yanındayıq, Sizə ləkə yapışmaz” deyirəm”, – O.Kazımov qeyd edib.

Bənzər yazılar

Back to top button