Siyasət

Mirzoyan və Bayramov Vaşinqtonda “Münasibətlərin normallaşması haqqında saziş”i müzakirə edirlər

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Arman Yeqosyan çərşənbə axşamı təsdiq edib ki, Ermənistan və Azərbaycanın imzalamağı planlaşdırdığı sənəd “Münasibətlərin normallaşması haqqında saziş” adlanır.

Onun sözlərinə görə, bu, tərəflərin bütün bu müddət ərzində təfərrüatları barədə təklif mübadiləsi apardıqları sənəddir.

“Ermənistan Stepanakert və Bakı nümayəndələri arasında dialoqun baş tutması üçün əlindən gələni edir və edəcək”. Bu barədə Yeqonyan Ermənistan və Azərbaycan XİN başçılarının ABŞ-da keçirilən görüşünü jurnalistlərə şərh edərkən bildirib.

Yeqonyanın sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda subyekt olaraq çıxış etməsinə nail olmağa çalışır.(Turan)

Bənzər yazılar

Back to top button