Siyasət

ABŞ yekun sazişin imzalanmasına nail olmaqda Azərbaycana və Ermənistana kömək etmək qətiyyətini təsdiq edir

Cümə axşamı ABŞ yekun sülh sazişinin imzalanmasına nail olmaqda Azərbaycana və Ermənistana kömək etmək qətiyyətini ifadə edib.

“… Hesab edirik ki, razılıq əldə olunub və hər iki tərəfin qalan həll edilməmiş məsələlərlə bağlı razılıq əldə etmək üçün birgə işləməsində israr etməyə davam edirik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın Vaşinqtonun Moskvadakı danışıqları izləyib-izləmədiyi haqqında sualına cavabda bildirib. Millerin deyib ki, bu məsələ “bizim üçün prioritet olaraq qalır”.

Blinkenin yaxın günlərdə yenidən tərəflərlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı haqqında suala cavabda Miller deyib ki, Blinken “bu məsələ ilə məşğul olmağa davam edəcək”.

Sonradan Miller Tvitterdə Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması və sülhə sadiq qalması haqqında son şərhlərini yüksək qiymətləndirdiyini yazıb.

“Yekun razılıq artıq əldə olunub və biz dostlarımızın ona nail olmasına kömək etmək qətiyyətindəyik”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button