Hadisə

Avropa İttifaqının Xarici Siyasət İdarəsi Bakı və Yerevanı etimad addımları atmağa çağırır

“Son bir ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi fəallaşıb, Avropa İttifaqı bunu alqışlayır. Bu tarixi dinamikanı qoruyub saxlamaq və sülh prosesini təhlükə altına qoya biləcək addımlardan, o cümlədən düşmənçilik ritorikasından uzaq durmaq lazımdır”. Bu barədə Avropa Xarici İşlər Xidmətinin bəyanatında deyilir.

Mayın əvvəllərində ABŞ-da sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra mayın 14-də Brüsseldə Əliyevin Paşinyanla görüşü keçirilib, iyunun 1-nə isə Kişinyovda onların daha bir görüşü planlaşdırılıb.

“Onlar Brüsseldə diqqəti bir neçə əsas mövzu üzərində cəmləşdiriblər: sərhəd məsələləri, kommunikasiyalar, humanitar məsələlər, habelə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri.

Həmin vaxtdan etibarən liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29.800 km2) və Azərbaycanın (86.600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sədaqətlərini təsdiq ediblər.

Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı 22 may tarixli cürətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq-aşkar hazır olmasını alqışlayırıq. Biz həmçinin Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını alqışlayırıq.

Bu həssas məsələlər üzərində iş davam etdiyinə görə etimadın möhkəmləndirilməsi üçün addımlar atmaq, vicdanla hərəkət etmək və hərtərəfli normallaşmaya aid bütün məsələlərdə həllə nail olmaq üçün liderlik nümayiş etdirmək lazımdır. Münaqişənin mürəkkəb tarixinə və keçmiş narazılıqlara baxmayaraq, bütün məsələləri müstəsna olaraq sülh yolu ilə, dialoq yolu ilə həll etmək lazımdır”, deyə bəyanatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button