Dünya

ABŞ bildirir ki, İran “Rusiyanın əsas hərbi himayədarı” olaraq qalır

Çərşənbə axşamı Dövlət Departamenti bildirib ki, Ukraynaya qarşı amansız müharibədə İran Rusiyanın əsas hərbi tərəfdaşı olaraq “qalır” və iki ölkə arasında hərbi tərəfdaşlıq daha da dərinləşir.

“İran Rusiyanın əsas hərbi himayədarı olaraq qalır”, – mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat brifinqində Tehranın köməyilə Rusiyanın pilotsuz təyyarələr istehsal edən zavod inşa etməsilə bağlı ABŞ kəşfiyyatının məlumatı barədə Turan-ın sualının cavabında deyib.

“Rusiya İrandan yüzlərlə zərbəçi pilotsuz uçan aparat və onların istehsalı ilə əlaqəli avadanlıq alıb”, -Patel deyib.

O həmçinin xatırladıb ki, Rusiya qoşunları əhalini qorxutmaq üçün Kiyevə zərbələr endirmək üçün İranın pilotsuz təyyarələrindən istifadə ediblər.

“Rusiya və İran arasındakı bu hərbi tərəfdaşlıq dərinləşməyə davam edir”, – Patel deyib.

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin nümayəndələrinin sözlərinə görə, Moskvanın Tehranın köməyilə inşa etdiyi pilotsuz təyyarə zavodu Rusiyaya İrandan aldığından daha çox yeni pilotsuz təyyarə ehtiyatı verəcək.

Hazırda İran Rusiyaya 400-dən çox “Şahed” və “Mohacer” pilotsuz təyyarələrini verib ki, demək olar ki, bunlar tamamilə ruslar tərəfindən istifadə olunub.

Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının inspektorları Rusiyanın işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasında minalar aşkar ediblər ki, onların sözlərinə görə, bu minalar Rusiya tərəfindən basdırılıb.(Turan)

Bənzər yazılar

Back to top button