Siyasət

Avropa İttifaqı xarici işlər nazirləri Qarabağda vəziyyəti müzakirə edəcəklər

Bu gün İspaniyada keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin iclasının gündəliyinə Qarabağda vəziyyət daxil edilib. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Qarabağda vəziyyət fəlakətlidir, dərman, ərzaq məhsulları, elektrik enerjisi çatışmır.

“Bizim Azərbaycana və Rusiyaya müraciətimiz: Laçın dəhlizi açılmalıdır, adamlar yaşamaq üçün onlara lazım olanı almalıdırlar”, – o yazıb.

Bənzər yazılar

Back to top button