İdman

“O gedəndən sonra “Mançester Siti” çökəcək” – “Arsenal”ın veteranı

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson Pep Qvardiolanın gedişindən sonra “Mançester Siti”nin çöküşə uğrayacağını proqnozlaşdırıb.

Fanat.az xəbər verir ki, Merson “Sky Sports”-a açıqlamasında fikrini belə əsaslandırmağa çalışıb:

“O, mənə “Çelsi”dəki dövründən sonra boşluq buraxan Joze Mourinyunu xatırladır. Belə məşqçilər oyunçuları heyətə düşməyəndə heç vaxt ağlamırlar. O gedəndə, Kloop “Liverpul”dan ayrıldığı zaman olduğu kimi, böyük bir boşluq buraxacaq.

Qvardiola oyunçuları hər şeyi verməyə məcbur edir. Məsələn, “Mançester Yunayted”də bunu tez-tez görməzsən. Axı bunun üçün top-məşqçi lazımdır və “Mançester Siti” onun üçün həqiqətən darıxacaq. Düşünürəm ki, o, gedərsə, bir çox oyunçu da “şəhərlilər”dən ayrılacaq”.

Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Bənzər yazılar

Back to top button