İdman

Neymar Pelenin rekordunu yenilədi

Neymar Braziliya millisinin tarixinə düşüb.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu yığmanın ən məhsuldar oyunçusu olan əfsanəvi Pelenin rekordunu yeniləyib.

O, DÇ-2026-nın seçmə mərhələsində Boliviya ilə keçirilən matçda (5:1) dubla imza atıb. Bununla da, Neymar yığmadakı qol sayını 79-a çatdırıb. Əvvəlki rekordçu Pelenin isə aktivində 77 qolu var.

Neymar bu qolları 125, Pele isə 91 matçda vurub.

Bənzər yazılar

Back to top button