İdman

Ronaldinyo Messiyə nə məsləhət verib? – İlk dəfə açıqladı

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo “İnter Mayami”nin hücumçusu Lionel Messiyə verdiyi məsləhətdən danışıb.

Fanat.az xəbər verir ki, “The Athletic” braziliyalı veteranın dediklərini belə çatdırıb:

“Deku ilə mən hələ klubun gənclərdən ibarət komandasında oynadığı vaxtdan Messinin çıxışını izləyirdik. Onun oyununa baxmaq üçün bir araya gəlirdik. Hələ o vaxt ən yaxşı olacağını gözləyirdik.

Leoya məsləhət lazım deyildi. Ona görə də verdiyim yeganə məsləhət belə olmuşdu: “Sərbəst və həzz alaraq oyna. Sadəcə, topu ayağında saxla, gerisi alınacaq”.

Dostlarının arzularını həyata keçirdiyini görmək çox xoşdur. Bu, məni sözün əsl mənasında xoşbəxt edir”.

Xatırladaq ki, Messi oktyabrın 30-da karyerası ərzində 8-ci dəfə “Qızıl top” mükafatını alıb.

Bənzər yazılar

Back to top button