İdman

“Qranada”nın vingeri Avropa nəhəngi ilə 4 illik müqavilə bağlayacaq

“Qranada”nın vingeri Brayan Saraqosa Avropa nəhənginə keçməyə yaxındır.

Fanat.az xəbər verir ki, məlumatı AS yayıb.

Xəbərə görə, 22 yaşlı futbolçunun xidmətində “Bayern Münhen” maraqlıdır. Mənbə “Qranada” ilə müqaviləsində sərbəstqalma qiyməti 14 milyon avro olan Saraqosanın Almaniya klubu ilə 4 illik müqavilə bağlayacağını vurğulayıb.

Brayan “Qranada”nın öz yetirməsidir. Cari mövsüm 14 matça çıxan cinah hücumçusu 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button