Siyasət

Hav-hav-haf…iz hacıyev dövrü bitmədimi? (REPLİKA)

Azərbaycanda daxili siyasətin vitrinini bəzəyən, son 30-40 ilin naftalin qoxuyan fiqurları arasında hər cür teatral obraza rast gəlmək mümkündür. Amma onların arasında biri var ki, onun haqqında xüsusi danışmağa ehtiyac var. Söhbət bütün siyasi fəaliyəti adının ilk hecasını sayıqlamaqdan ibarət olan, siyasi təlxəkliyin ikiayaqlı bariz nümunəsi Hafiz Hacıyevdən gedir.

Hələ partiyasının adına baxın – Müasir Musavat Partiyası.

Müasirliyə parodiya…

Tarixi Musavat partiyasına, ADR irsinə ləkə…

Epitetlərini saymaqla bitməz. “Balıq Hafiz”, “Təlxək Hafiz” “Kloun Hafiz”, “Şortik Hafiz”…

Bəlkə də bir vaxtlar hakimiyyətə hansısa məqsədlər üçün səhnədə oynatmaq üçün gərəkli idi. İndi isə 3 nəfər oxucusu olmayan saytlar üçün də məzə obyektidir. İstənilən mövzuda zəng et, mikrofonun ucunu göstər, gözünü yumub ağzını açacaq. Kimi desən erməni çıxartsın, kimi desən söysün… Şoudan tutmuş kolbasa sexinə qədər istənilən mövzuda haf-haf-haf eləmək üçün ayağı sürüşkəndir.

Ondan partiya sədri, siyasi fiqur qayıranların ən böyük səhvi də budur. Yaşı keçmiş qocanın “tormozu” da işləmir. Qayıdıb özlərinə də dil uzadır hərdən…

Onu dəfələrlə “prezidentliyə namizəd” statusuna calaq eləməyin də yanlışlığı ayrıca söz mövzusudur. Ölkə əhalisinin mütləq əksəriyyətinin dəstəklədiyi İlham Əliyevə hansısa siyasi təlxəyi rəqib eləmək təkcə ölkənin ən ali vəzifəsinə seçkiləri komediyaya çevirmir, İlham Əliyevin qələbəsini də kiçildir.

Hər sahədə modernləşən Azərbaycan adına bu kimi adamları balıq kimi konservləşdirib arxivə göndərməyin vaxtı çoxdan çatıb.

Bənzər yazılar

Back to top button