Dünya

Tramp və Pensin qatıldığı tədbirdə bir nəfərdə koronavirus aşkar edildi

ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin iştirak etdiyi tədbirdə bir nəfərdə koronavirus aşkarlandığı üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Mühafizəkarlar Birliyi məlumat yayıb. Məlumata görə, həmin şəxsin Tramp və Penslə əlaqəda olmayıb. Həmçinin Tramp administrasiyasının da məsələdən xəbərdar olduğu qeyd edilib.

Ağ Evdən verilən rəsmi açıqlamada isə Tramp ailəsi və Ağ Ev üçün hər cür tədbirlərin alındığı bildirilib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 19-a çatıb. 30 əyalətdə 400-dıən çox insanın isə epidemiyaya yoluxduğu deyilir.

Bənzər yazılar

Back to top button