GündəmSiyasət

Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfərinə dair

Fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğan və müdafiə naziri Hulusi Akarla görüşüb.

Akarla görüşdə regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Akar iki ölkə arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyindən və inkişaf edəcəyindən əminliyini bildirib.

Öz növbəsində, Həsənov Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan hərbiçilərinin birgə təlimlər zamanı əldə etdiyi döyüş təcrübəsinin əhəmiyyətini qeyd edib. Hər iki tərəf bu cür tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button