İdman

“Liverpul” indidən çempion elan edilməlidi” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin mərkəz müdafiəçisi Antonio Rüdiqer İngiltərə Premyer Liqasında mövsümün bərpasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Rüdiqer “Daily Mail”ə müsahibəsində, istənilən halda “Liverpul”un çempion elan edilməli olduğunu qeyd edib:

“Məncə, titul indidən “Liverpul”a verilməlidi. Komanda buna layiqdi. Onlar əla mövsüm keçirdilər və böyük fərqlə turnir cədvəlinin lideridilər. Hətta fərqin nə qədər olduğunu da unutmuşam. Hər halda, “Liverpul” qalibdi. Məsələyə etik nöqteyi-nəzərdən də yanaşsaq, titulu “Liverpul”a təqdim etmək lazımdı.

Ümid edirəm ki, çempionatı başa vuracağıq. Amma dünyada insanların öldüyü bir dönəmdə təhlükəni gözardı etsək, buna görə birbaşa məsuliyyət daşıyıb-daşımayacağımı da dəqiq deyə bilmərəm…”

İPL-də 29 tur geridə qalıb. Lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayır.

Bənzər yazılar

Back to top button