Siyasət

Azərbaycan gənclərinin solçuluğa meyllənməsinin səbəbi nədir?

SSRİ dağılandan sonra, Azərbaycanda sol ideoloji cərəyanı da bununla dəfn olunmuş vəziyyətdə idi. Uzun müddət idi ki, gənclər sola meyil etmirdilər. Sol tələblərlə çıxış edənlər də özünü sağ və mərkəz sağ adlandırırdı. Uzun müddət idi ki, solu keçmiş kommunistlər təmsil edirdi. Sosial Demokrat partiyası və bir neçə yerə bölünmüş Kommunist partiyası ictimai -siyasi səhnədə yer ala bilmirdi. Son illərdə müşahidələrimizə görə, artıq Azərbaycanda ciddi solçuluq hərəkatı yaranmaqdadır. Gənclərin bu cərəyana ciddi axını müşahidə olunur, ən azından sosial şəbəkələrdə belə meyllər müşahidə olunur. Bu nəyin göstəricisidir? Bununla bağlı, sol idelogiyasının aktiv təbliğatşılardan olan, siyasi fəal Paşa Hikmətə müraciət etdik.

Paşa Hikmət

Paşa Hikmət AzToday.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sol idealogiyasının yenidən canlanmasının əsas səbəbi sosial və iqtidasi problemlərin artmasıdır: “Həmçinin, bu illər ərzində informasiya blokunun müəyyən qədər qırılması öz nəticəsini göstərir. Yəni ki, gənclər artıq qarşılaşdığı sosial və iqtisadi problemlərə etiraz etdiyi zaman, nəzəri baxımdan da alternativ həll yolunu qoya bilir. Əslində Azərbaycanda bu günün özündə də kommunist gənclər sol axımda üstünlük təşkil edir. Amma son zamanlarda sosial demokratik fəallarda da müəyyən qədər canlanma var. İndiki zamanda şərait özü tələb edir ki, yenidən təşkilatlanma və şəbəkələşmə olsun. Əks təqdirdə bu canlanma pərakəndə olacaq və heç bir effekt verməyəcək. Çünki Azərbaycanda rəsmi olaraq sosial demokratik partiya olsa da, gənclərin ora üzv olacağına inanmıram. Şəbəkələşmə və yaxud da oyanış gənclərin öz əməyi sayəsində olacaq”.

Rüfət Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button