Siyasət
Baş Prokuror: “Ermənistan artıq odla oynayır”
“Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.
Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:
“Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.