Ərdoğan üç nazir müavinini vəzifəsindən azad etdi, yeniləri təyin olundu

Sep 14, 2024 - 11:16
 0
Ərdoğan üç nazir müavinini vəzifəsindən azad etdi, yeniləri təyin olundu

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Bildirilib ki, milli müdafiə nazirinin müavini Cemal Sami Tüfekfi vəzifəsindən azad olunub. Onun yerinə Musa Heybət təyin edilib.

Dövlət başçısının sərəncamı ilə təhsil nazirinin müavini Kemal Şamlıoğlunun yerinə Muhammet Bilal Macit, səhiyyə nazir müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow