Mərkəzi Bank satışa böyük həcmdə dollar çıxara bilər – Səbəb

Sep 18, 2024 - 15:32
 0
Mərkəzi Bank satışa böyük həcmdə dollar çıxara bilər – Səbəb

Bu ilin sonuna kimi dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur.

Yeniavaz.com xəbər verir ki, bu, Mərkəzi Bankın “Faiz dəhlizinin parametrləri haqqında” yaydığı məlumatda yer alıb.

Bildirilib ki, bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilən 4,2 milyard dollar həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilən xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow