"Holandı "İnter"in 6 futbolçusu "bağlamışdı" - Qvardiola

Sep 19, 2024 - 11:16
 0
"Holandı "İnter"in 6 futbolçusu "bağlamışdı" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının ilk oyununda "İnter"lə heç-heçədən (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti kataloniyalı mütəxəssisin şərhini belə təqdim edib:

"Çətin olacağını bilirdik, çünki "İnter" yüksək səviyyəli komandadır. Təbii ki, qalib gəlməyə üstünlük verərdim, amma heç nəyə peşman deyiləm. Rəqibin oyun tərzini bəyənirəm, ona görə deyirəm ki, yaxşı oynadıq. “İnter”in belə müdafiə olunacağını bilirdim. 25 şans yaratmayacağımız bəlli idi. 

Onlar əks-hücumda bizdən güclüdürlər. Ancaq Holandı izləyən, onu "bağlayan" altı futbolçu var idi, üçü öndə və üçü arxada. Belədə, harada olmasından asılı olmayaraq hər hansı bir oyunçu üçün çətindir. Mən onların ehtiyat oyunçular skamyasının dediyini eşitdim: "Daha yaxın, daha yaxın".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow