Elman Paşayev Moskvada həbs edildi

Sep 18, 2024 - 18:27
 0
Elman Paşayev Moskvada həbs edildi

Rusiyada yaşayan keçmiş vəkil Elman Paşayev noyabrın 15-dək həbs edilib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Moskva Hərbi qarnizon məhkəməsi istintaqın vəsatətini təmin edib.

Bildirilir ki, istintaqın tələbi ilə iclas mətbuata qapalı keçirilib.

Paşayevin müdafiə tərəfinin bu qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir, çünki məhkəmədə onlar cəmiyyətdən təcridlə bağlı olmayan həbs-qətimkan tədbirinin seçilməsində israr ediblər.

Xatırladaq ki, Rusiya hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow