Naməlum şəxs Paşinyana alma atdı

Aug 24, 2024 - 12:03
 0
Naməlum şəxs Paşinyana alma atdı

Ermənistanda naməlum şəxs Baş nazir Nikol Paşinyana alma atıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “ArmLur.am” portalı məlumat yayıb.

Məlumata görə, Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkib.

Bu zaman ehtimal ki, başqa bir binanın sakini hündürmərtəbəli binanın pəncərəsindən Paşinyana alma atıb.

Ermənistan Daxili İşlər Nazirliyi hadisıə ilə bağlı hər hansı bir şərh verməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow